Gəncə təmsilçisi yeni transfer edib. Bu haqda 5 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” "Səbail"dən futbolçu icarəyə götürüb. Söhbət Amil Yunanovdan gedir. Hücumçu mövsümün sonunadək “sarı-göylər”in şərəfini qoruyacaq.
Qeyd edək ki, 30 yaşlı futbolçu daha öncə “Sumqayıt”, “Şamaxı”, “Turan Tovuz” və s. kimi yerli klublarda oynayıb.