Gəncə təmsilçisi mətbuatdakı məlumatlarla bağlı paylaşım edib. Bu haqda 12 mart tarixində futbol klubuna istinadən xəbər veririk.
Bir neçə gündür ki, mətbuatda “Kəpəz”in sponsor tərəfindən himayəyə götürülməsi barədə məlumatlar yayılıb. Məsələ ilə bağlı klub açıqlama verib. Bildirilib ki, “sarı-göylər”ə heç bir rəsmi müraciət, əməkdaşlıq təklifi edilməyib.
Bu cür əsassız paylaşımlar azarkeşlərin narahatlığına səbəb olur.
“Hər hansı bir görüş olacağı və ya razılıq əldə ediləcəyi təqdirdə klub saytı vasitəsilə əlavə məlumat veriləcək”, - deyə klubun mətbuat xidməti əlavə edib.