Gəncə futbol klubu daha bir rəqibi ilə üz-üzə gələcək. Bu haqda 16 mart tarixində futbol klubuna istinadən xəbər veririk.
"Kəpəz" və "Zirə" qarşılaşması baş tutacaq. Oyun bu gün saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Qeyd edək ki, matç Misli Premyer Liqasının XXVII turu çərçivəsində təşkil olunacaq.
Görüş canlı olaraq CBC Sport kanalında yayımlanacaq.