Gəncə futbol klubunun növbəti görüşünün vaxtında dəyişiklik olub. Bu haqda 26 fevral tarixində Peşəkar Futbol Liqasına istinadən xəbər veririk.
Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşıb. Bu səbəbdən "Kəpəz" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirilib.
Rəqiblərin qarşıdurması 1 mart tarixində saat 19:00-da baş tutacaq. Matç Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək.