Gəncə təmsilçisi növbəti matça çıxacaq. Bu haqda 1 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.
"Kəpəz" "Araz-Naxçıvan" ilə görüşəcək. Oyun Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutacaq. Tərəflər 5 aprel tarixində saat 20:00-da üz-üzə gələcək.
Görüş Liv Bona Dea Arenada təşkil olunacaq.
Qarşılaşma canlı olaraq CBC Sport kanalında yayımlanacaq.