Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 18 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” “Sabah”a qarşı oynayacaq. Oyun Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində 18 dekabr saat 14:00-da keçiriləcək.
Rəqiblərin görüşü Tovuz şəhər stadionunda baş tutacaq. Matç canlı olaraq, CBC Sport telekanalında yayımlanacaq.