Gəncə təmsilçisinin oyun vaxtı dəyişib. Bu haqda 23 noyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
Bir neçə gün öncə “Kəpəz”in “Səbail” ilə qarşılaşması barədə xəbər paylaşmışdıq. Matç 25 noyabr saat 18:30-da başlamalı idi. Lakin matçın keçiriləcəyi “ASCO Arena”nın elektrik təchizatında problem yaranıb.
Bu səbəbdən Misli Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib. “Sarı-göylər”in “bakılılar”la qarşılaşmasının vaxtı 14:00-a təyin olunub.