Gəncə təmsilçisi azarkeşlərini sevindirib. Bu haqda 24 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “Kəpəz” “Qəbələ” ilə qarşılaşıb. Matç Qəbələ Şəhər Stadionunda baş tutub.
Oyun 2:1 hesabı ilə “sarı-göylər”in xeyrinə yekunlaşıb. Təmsilçimizin qollarını Giorgi Papunaşvili və Amil Yunanov vurublar.
Matçın sonunda “Kəpəz” 23 xalla IX, “Qəbələ” isə 15 xalla sonuncu - X pillədə qərarlaşıb.