Gəncə təmsilçisi Ağdam klubunu təbrik edib. Bu haqda 23 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
“Sarı-göylər” “Qarabağ”ın qələbəsi ilə bağlı post paylaşıblar. Təmsilçimiz komandanı ilk dəfə UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək uğurlar arzulayıb.
Qeyd edək ki, ötən gecə “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın “Braga” klubunu qəbul edib. Matç 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
İki qarşılaşmanın ümumi hesabı isə 6:5 hesabı ilə “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb.