Gəncənin bugünkü matçındakı hakimlərin adları açıqlanıb. Bu haqda 23 fevral tarixində PFL-ə istinadən məlumat veririk.
Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarının təyinatları bəlli olub. Tur çərçivəsində “Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq. Oyunun təyinatları aşağıdakı kimidir:
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov;
Hakim-inspektor: Orxan Məmmədov;
VAR: Elçin Məsiyev;
AVAR: Müslüm Əliyev;
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Xatırladaq ki, matç bu gün, 23 fevral tarixində saat 17:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək.