Gəncə təmsilçisi nəqliyyatla təmin edilib. Bu haqda 2 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
Bir neçə gün öncə “Kəpəz”in rəhbərliyinin yeni avtobus alması barədə xəbər paylaşmışdıq. Nəqliyyat vasitəsi artıq kluba təhvil verilib. Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.
Klubun məlumatına əsasən, nəqliyyat Futbolun İnkişaf Fondunun “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.