Gəncə təmsilçisi növbəti matça çıxacaq. Bu haqda 27 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
"Kəpəz" - "Qarabağ" görüşü keçiriləcək. Görüş Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutacaq. Tərəflər 29 mart tarixində saat 19:00-da üz-üzə gələcək.
Matç Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Qarşılaşma canlı olaraq CBC Sport kanalında yayımlanacaq.