"Kəpəz" daha bir rəqibi ilə mübarizə aparacaq. Bu haqda 11 dekabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Oyun Misli Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək. Gəncə təmsilçisi "Sumqayıt"la görüşəcək.
Matç 14 dekabr tarixində saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Qarşılaşma canlı olaraq, CBC Sport telekanalında yayımlanacaq.