Gəncənin futbol klubu növbəti rəqibi ilə görüşəcək. Bu haqda 9 mart tarixində Report-a istinadən xəbər veririk.
Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. “Kəpəz” və “Neftçi” matçına nəzarət edəcək hakimlərin siyahısı aşağıdakı kimidir:
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı;
Hakim-inspektor: Barış Şimşek;
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Xatırladaq ki, görüş bu gün saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.