Gəncə təmsilçisi səfərdə meydana çıxıb. Bu haqda 17 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
Matç Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilib. “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib. Qarşılaşma “Bank Respublika Arena”da baş tutub.
Oyun təmsilçimizin 3:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Sarı-göylər”in qollarını Junior Martins və Amil Yunanov vurublar.