Gəncə təmsilçisi stadionsuz qalıb. Bu haqda 27 fevral tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
“Kəpəz” klubu ev oyunlarını daha Qəbələdə keçirməyəcək. “Qəbələ” tərəfi stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək, klubumuzun rəqiblərini orada qəbul etməsinə razı olmayıb.
Hazırda “Kəpəz” rəsmiləri stadion axtarışındadırlar.
Qeyd edək ki, Gəncə Şəhər Stadionu təmirə bağlandığı üçün futbol klubumuz qış fasiləsindən sonra ev oyunlarını Qəbələ Şəhər Stadionunda keçirirdi.