Gəncə təmsilçisi heyətini gücləndirmək üzrə işlər aparır. Bu haqda 5 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.
“Kəpəz”in transfer siyahısında yer alan oyunçuların arasında Kamal Mirzəyevin adı da səsləndirilir. Bildirilir ki, futbolçunun “sarı-göylər”ə keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, 29 yaşlı idmançı mövsümün əvvəlində “İrəvan”la müqavilə imzalayıb. O, “Qəbələ”, AZAL, “Sumqayıt”, “Zirə”, “Əl-Salmiyə”(Küveyt) və “Şamaxı” klublarında oynayıb.