Gəncə təmsilçisi saytı ilə bağlı məlumat yayıb. Bu haqda 28 dekabr tarixində Report-a istinadən xəbər veririk.
“Kəpəz”in Mətbuat Xidməti açıqlama verib. Bildirilib ki, klubun saytında son tamamlama işləri aparılır. Səhifə dəfələrlə test edilib yayıma buraxılıb.
Sayt 2024-cü ilin ilk günlərində istifadəyə veriləcək.
Xatırladaq ki, səhifə klub 2022-2023 mövsümündə Premyer Liqaya qayıtdığı vaxtdan işləmir.