Gəncə təmsilçisinin saytı hazırdır. Bu haqda 18 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Bir müddət öncə “Kəpəz”in saytının istifadəyə verilməsi üzrə işlərin aparılması barədə xəbər paylaşmışdıq. "Sarı-göylər" haqqında bütün xəbərlər artıq klubun rəsmi saytında yerləşdiriləcək. Burada müxtəlif bölmələrə keçid etməklə komandaya aid xəbərlərlə tanış olmaq mümkündür.
Bildirilir ki, kapazpfc.az saytı "WebCoder" məhsuludur. Sayt Futbolun İnkişafı Fondunun vasitəçiliyi ilə klubla "WebCoder" şirkəti arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində hazırlanıb.
Qeyd edək ki, sayt bir müddət test yayımında fəaliyyət göstərəcək. Bu, texniki dəstək və bəzi məlumatların müvafiq bölmələrə yüklənməsinin davam etməsi ilə bağlıdır.