Gəncə təmsilçisinin yeni baş məşqçisi məlum olub. Bu haqda 13 noyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Söhbət Adil Şükürovdan gedir. O, bu gündən “Kəpəz”in baş məşqçisi vəzifəsini icra edəcək. Mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Adil Şükürov vaxtı ilə futbolçu kimi "sarı-göylər"də çıxış edib. O, bir neçə dəfə komandamıza gümüş medallar və kubok qazandırıb.