Gəncə təmsilçisi növbəti rəqibinə qarşı mübarizə aparacaq. Bu haqda 22 yanvar tarixində basketbol klubuna istinadən məlumat veririk.
Matç Azərbaycan Basketbol Liqasının XII turu çərçivəsində baş tutacaq. “Gəncə” BK doğma meydanda “NTD-İndigo”nu qəbul edəcək. Oyun 27 yanvar tarixində saat 14:00-da keçiriləcək.
Tərəflər Gəncə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. Matçı canlı olaraq Basketbol Federasiyasının Youtube kanalında izləmək mümkündür.