Gəncə təmsilçisi futbolçusu ilə yollarını ayırıb. Bu haqda 5 iyun tarixində Yusif Nəbiyevə istinadən məlumat veririk.
Müdafiəçi Yusif Nəbiyev “Kəpəz”i tərk edib. Bu barədə 26 yaşlı futbolçu özü İnstaqram səhifəsində yazıb. O, “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırmışdı.