Gəncə təmsilçisinin ev oyunlarını keçirəcəyi yer dəyişib. Bu haqda 12 yanvar tarixində Report-a istinadən məlumat veririk.
“Kəpəz” FK Azərbaycan Premyer Liqasının XX və XXI turlarındakı oyunlarını Qəbələ şəhər stadionunda təşkil edəcək. Klub tərəfindən məsələ ilə bağlı açıqlama verilib.
"Tovuzdakı stadionda projektorla bağlı məlum məsələdən sonra iki komandanın arenadan istifadə etməsində müəyyən çətinlik yaranıb. Ona görə Qəbələdə oynayacağıq. Yenidən Tovuza qayıtmağımız aktualdır", - deyə bildirilib.