Gəncə təmsilçisi daha bir uğurunu qazanıb. Bu haqda 6 fevral tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz”in bu dəfəki rəqibi “Araz-Naxçıvan” olub. Oyun təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı-göylər"in qollarını 19 və 34-cü dəqiqədə Ehtiram Şahverdiyev, 69-cu dəqiqədə Amil Yunanov vurub. Matç Misli Premyer Liqasının XXI turu çərçivəsində baş tutub.