Gəncə təmsilçisi növbəti transferi gerçəkləşdirib. Bu haqda 9 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Komanda Ədilxan Qarəhmədovla anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya görə, anlaşma daha bir il müddətinə artırıla bilər.
Qeyd edək ki, Qarəhmədov yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçu son olaraq I Liqa təmsilçisi "İrəvan"ın şərəfini qoruyub.