Gəncə təmsilçisi növbəti matça çıxacaq. Bu haqda 14 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” “Sabah”ın qonağı olacaq. Görüş Misli Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutacaq. Tərəflər 17 fevral tarixində saat 16:00-da üz-üzə gələcək. Matç Bank Respublika Arenada təşkil olunacaq.
Qarşılaşma canlı olaraq CBC Sport kanalında yayımlanacaq.