Gəncə təmsilçisi 30-cu oyunda mübarizə aparıb. Bu haqda 16 aprel tarixində Kəpəz Akademiyasına istinadən məlumat veririk.
Matç Əvəzedicilər Liqasının XXX turu çərçivəsində baş tutub. “Kəpəz-2”nin rəqibi “Səbail-2” olub. Oyun “ASCO Arena”da təşkil olunub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Təmsilçimizin hər iki qolunun müəllifi Nemət Musayev olub.