Gəncə təmsilçisi son qarşılaşmada qalib gəlib. Bu haqda 14 fevral tarixində Kəpəz Akademiyasına istinadən məlumat veririk.
“Kəpəz-2” "Səbail-2"yə qarşı mübarizə aparıb. Matç Əvəzedicilər Liqasının XXII turu çərçivəsində baş tutub. Tərəflər Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında qarşılaşıb.
Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu Cavad Kərimov vurub.