Gəncədə itkin düşən ata və oğlunun yeri məlum olub. Bu haqda 19 fevral tarixində Report-a istinadən xəbər veririk.
Bir neçə gün öncə 53 yaşlı Nəriman Süleyman oğlu Əliyev və 16 yaşlı oğlu Rəvan Nəriman oğlu Əlizadənin itkin düşməsi barədə xəbər vermişdik.
Şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə ata və balanın yeri müəyyən olunub.
Ata və bala Bakı şəhərində tapılıblar.