top
İqtisadçı-ekspert: “Bazara çıxarılan soğanın qiyməti daha da arta bilər” – AÇIQLAMA
09 yanvar 2025, 15:57
- ↺ +

İqtisadçı-ekspert: “Bazara çıxarılan soğanın qiyməti daha da arta bilər” – AÇIQLAMA

 

Soğanın qiymətindəki artım gündəmdədir. Bir ay əvvəl 50 qəpiyə satılan tərəvəzin kiloqramının qiyməti indi 80 qəpiyə qədər qalxıb. Bu artım bir neçə səbəbdən baş verə bilər. Ən əsas səbəblərdən biri kimi isə hava şəraiti göstərilir.

Bəs görəsən, qiymət artımının əsl səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, yanvar ayında tarlada soğan yetişmir:

“Satışa anbarlardan gələn soğan çıxarılır. Soğanın qiymətinin yanvar, fevral və mart aylarında baha olması normal bir şeydir. Fermer, təsərrüfat və anbar sahibi soğanı yetişmə, yığım dövründə anbara yığıb saxlayıb. Ona görə ki, qeyri-mövsüm vaxtında istədiyi qiymətə sata bilsin. Mövsüm dönəmində fermerlər şikayət edir ki, malımı sata bilmirəm, xarab olur. Bu, normal prosesdir. Çünki həmin dövrdə götürüb, qışa saxlayırlar. Qışda da bazara çıxaranda bunun saxlanma və daşınma xərci var.

Tərəvəz məhsullarının yanvar, fevral və mart aylarında – yeni məhsul yığımı ərəfəsində bahalaşması normaldır. Sahibkar yığıb saxlayır, xərc çəkir. Risk edir. Sonra da riski qazanca çevirmək istəyirlər. Bazara çıxarılan soğan həcmi azaldığı üçün qiymətlər daha da arta bilər”.

İqtisadçı-ekspert Asif İbrahimov əlavə edib ki, Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır:

“Azərbaycan soğanı dünyada özünün yüksək keyfiyyəti ilə seçilir. Bu baxımdan da  Gürcüstanda, Ukraynada, Rusiyada, Polşada, Moldovada, Türkmənistanda, Belarusda, Pakistanda, Səudiyyə Ərəbistanında, BƏƏ-də, Qətərdə də istehlakçıların maraq dairəsindədir.

Bundan öncəki illərdə bu tərəvəz məhsulu daxili tələbatı tam ödəmədiyi üçün Nazirlər Kabineti tərəfindən ölkədən çıxarılmasına rəsmi qadağa qoyulmuşdu. Rəsmi qadağa olmadığı təqdirdə isə qeyri-rəsmi olaraq laborator analizlərdə uyğunsuzluqlar müəyyənləşdiyi səbəbindən ölkədən çıxarılmasına ara-sıra qadağalar tətbiq edilir. Qiymət statistikasına nəzər yetirsək, keçən ilin bu aylarında soğanın qiymətinin 1 manat 45 qəpiyə qədər qalxdığını görərik. Yəni, ilin bu aylarında həm evlərdə istifadə olunan, həm də müxtəlif restoranlar şəbəkələrinin məhsul spesifikasiyalarının tələblərinə cavab verən soğan bahalaşır”.

A.İbrahimov qeyd edib ki, Azərbaycanda soğanın saxlanılması üçün xüsusi anbarlar yoxdur:

“Fermerlər adi quru anbarlardan istifadə edir. Avqust-sentyabr aylarında istehsal edilən soğan qışda satışa çıxarılması üçün anbarlarda saxlanılmalıdır. Məhsulu qapalı depoda 4 ay, açıq depoda isə maksimum 2 ay saxlamaq mümkündür. Bundan sonra məhsul xarab olmağa, çürüməyə və cücərməyə başlayır.

Bu aylarda tək soğanda yox, bütün tərəvəzlərin qiymətlərində bahalaşma olur. Məsələn, çerri pomidoru 1 ay qabaq 9 manata olsa da, bugünkü qiyməti 20 manat, xiyar 1 ay qabaq 2 manat 50 qəpik olsa da, bu gün 4 manat 50 qəpiyə satılır”.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər