top
İmtahanların martda keçirilməsi dərs prosesini pozur - Ekspertdən ETİRAZ
11 yanvar 2025, 15:00
- ↺ +

İmtahanların martda keçirilməsi dərs prosesini pozur - Ekspertdən ETİRAZ

 

Ötən gün 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Belə ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Gencexeber.az bildirir ki, təhsil eksperti Kamran Əsədov buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı sosial şəbəkə hesabında  paylaşım edib.

Ekspert bildirib ki, mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi tamamilə pozulur.

“Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır. Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir. Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur", - o bildirib.

“Mart imtahanından sonra sinif rəhbərlərinin öhdəlikləri formal olaraq qüvvədə qalır. Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir. Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir. Bu isə məktəblərin resurslarının və müəllimlərin vaxtının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Aprel, may və iyun aylarında 11-ci siniflərdə dərs mühiti pozulduğundan tədris proqramlarının icrası formal xarakter alır. Şagirdlərin motivasiyasızlığı və məktəbə gəlməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlər tədris proqramını bitirsələr belə, şagirdlərin öyrənmə nəticələrinin effektivliyinə nail olmaq mümkün olmur. Bundan əlavə, məktəbdə qalan azsaylı şagirdlər arasında intizam problemləri yaranır, çünki buraxılış imtahanını artıq verdiklərini və tədris ilinin faktiki olaraq başa çatdığını düşünən şagirdlər məktəb qaydalarına riayət etməkdə də passivlik göstərir.

Bu vəziyyət həm təhsil sisteminin məntiqinə, həm də resursların səmərəli istifadəsinə uyğun gəlmir. Mart ayında keçirilən buraxılış imtahanı şagirdlər üçün “yekun” kimi qəbul edildiyindən, onların sonrakı aylarda məktəbə gəlməsi tədris prosesinin formal davamından başqa bir şey deyil. Təhsil sisteminin bu problemi həll etməsi üçün ya buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi, ya da mart ayında imtahan verdikdən sonra 11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir. Əks halda, mövcud praktika təhsil prosesində intizam və keyfiyyət problemlərini daha da dərinləşdirəcək”, - ekspert qeyd edib.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər