Təhsilverənlərin sertifikatlaşdırılması prosesində gəncəli müəllim yüksək nəticə göstərib.
Gencexeber.az-ın məlumatına əsasən, Gəncə şəhər 23 nömrəli məktəbdə və Fizika, riyaziyyat və informatika təmayüllü liseyində kimya müəllimi olan Gülbəniz Məmmədova sertifikasiya imtahanından 57 bal toplayıb.
Bununla da G.Məmmədova kimya fənnindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərən müəllim olub.
Qeyd edək ki, o, imtahandan 25 dəqiqə tez çıxıb.