Gəncədə şadlıq sarayının sahibinin oğlunun dünyasını dəyişdiyi qəzanın səbəbkarı cəzalandırılıb. Bu haqda 7 mart tarixində Report-a istinadən məlumat veririk.
Ötən ilin avqustunda “Nikosayağı” kimi tanınan Nicat Şakirli qəza törədib. Nəticədə onun sərnişin olan dostu Ruslan Məmmədov dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.
Bu gün, 7 mart tarixində Şakirliyə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dünyasını dəyişən Ruslan Məmmədov “İmperial” Şadlıq Sarayı və İstirahət Mərkəzinin sahibinin oğludur.