Gəncədə qəza olub. Sürücülər yaralanıblar. Bu haqda 4 yanvar tarixində Apa.az-a istinadən xəbər veririk.
Hadisə Dədə Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində baş verib. "VAZ 2107" markalı avtomobillə "Honda" toqquşub. İlkin məlumata görə, qəza nəticəsində hər iki sürücü - Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıblar. Araşdırma aparılır.