Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 19 mart tarixində Report-a istinadən xəbər veririk.
29 yaşlı E.Əsgərov və 39 yaşlı S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.
Hər iki şəxsin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.