Gəncədə idman mütəxəssisi təltif olunub. Bu haqda 22 dekabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Prezident İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında Nizami yurdunun mütəxəssisi də yer alıb.
Söhbət Gəncə İdman Liseyinin direktoru Mehman Firuddin oğlu Allahverdiyevdən gedir. O, Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
[modula id="52065"]