top
İcra hakimiyyətlərindən bu səlahiyyət alınır - YENİ QANUN
23 sentyabr 2025, 12:38
- ↺ +

İcra hakimiyyətlərindən bu səlahiyyət alınır - YENİ QANUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir. Bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" Qanuna bir sıra dəyişiklik təklif olunur.

Layihəyə əsasən, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.

Nəqliyyat məsələləri eksperti Elməddin Muradlı iqtisadiyyat.аz-a açıqlamasında deyib ki, burada yenilik ümumi istifadədə olan sərnişin nəqliyyatı üçün dayanacaq məntəqələrinin yaradılması, təşkili, idarə edilməsi, saxlanması məsələsinin vahid qurum tərəfindən həyata keçirilməsidir.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bu səlahiyyətlərə yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) malik olacaq və yerli icra hakimiyyətləri artıq belə bir iş görə bilməyəcəklər:

"Məsələnin əsas mahiyyəti budur. Bu işləri indiyə qədər Bakı şəhərində AYNA, bölgələrdə isə icra hakimiyyətləri həyata keçirirdi. İndi bu proses vahid bir qurum tərəfindən həyata keçiriləcək. Çünki mərkəzləşdirilmiş qaydada icra və nəzarətə həqiqətən ciddi ehtiyac var. Çünki indiyədək vahid və konkret standart olmayıb, kimin ağlına nə gəlibsə, hansı icra başçısı hansı şirkəti və hansı dayanacaq formasını bəyənibsə, onu alıb quraşdırıb. Amma bu vahid standart olmadığına görə baş verən bir mənzərədir. Qanun qəbul olunandan sonra bu neqativ vəziyyəti aradan qaldırmaq lazımdır".

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 17-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər