top
Hərbi hissədə ƏMƏLİYYAT: həbs edilən var
30 may 2025, 14:26
- ↺ +

Hərbi hissədə ƏMƏLİYYAT: həbs edilən var

 

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Bu barədə Gencexeber.az Hərbi Prokurorluqdan məlumat verilib.

Məlumata görə, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Bu gün, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Oxşar xəbərlər