top
Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüd: Onu kimlər almalıdır? - RƏSMİ CAVAB
08 yanvar 2025, 10:25
- ↺ +

Həlak olmuş Milli Qəhrəmanlara ayrılan təqaüd: Onu kimlər almalıdır? - RƏSMİ CAVAB

 

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.

Dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb.

Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Qeyd edək ki, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Prezident təqaüdü təsis olunub. Qanuna görə, həmin təqaüd həyatda olan Milli Qəhrəmanların özlərinə, həlak olublarsa ailə üzvlərinə verilir.

Bəs həlak olmuş Milli Qəhrəmanların təqaüdü onların ailə üzvləri arasında necə bölüşdürülür? Məsələn, təqaüd Milli Qəhrəmanının xanımı və ya ərinə, övladları varsa onlara verilməlidir, yoxsa valideynlərinə?

Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda həmin vəsaiti alan tərəfdə müxtəlif söz-söhbətlər, mübahisələr yaşanır.

Modern.аz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edib.

Qurumdan bildirilib ki, dövlət başçının imzaladığı müvafiq fərmanla Milli Qəhrəmanlar üçün təsis edilmiş Prezident təqaüdü bu fəxri ada layiq görülmüş şəxsin özünə təyin olunur.

"Azərbaycanın Milli Qəhrəmanı" adı şəxsə ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Milli Qəhrəmanın ailə üzvləri dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:

- Milli Qəhrəmanın dul arvadı (əri);
- Valideynləri;
- ⁠18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- Uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- Birinci növbədən digər qohumları olmayan baba və nənələri.

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə Prezident təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər