Gəncədə innovasiya mərkəzi olacaq. Bu haqda 1 dekabr tarixində Report-a istinadən xəbər veririk.
Gələn il regionlarda xüsusi innovasiya məkanlarının işə salınması, yerli istedadlar və sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır. Həmin mərkəzlərdən biri də Gəncədə təşkil olunacaq.
Bu haqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitinin ikinci günündə rəqəmsallaşma ilə bağlı paneldə çıxışı zamanı deyib.