Gəncə sakininin üzərindən tapança tapılıb. Bu haqda 9 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Rəşad Verdiyev rayon ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb.
Maddi sübut ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar davam edir.
İlkin məlumata əsasən, saxlanılan şəxs silahı Göygöldə satmaq istəyib.
[modula id="54558"]