Goranboy rayonunda yeznə və qayın arasında baş verən dava zamanı hər ikisi xəsarət alıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Qaraçinar kəndində baş verib.
İlkin məlumata görə, Kəlbəcər sakini Fikrət Qəhramanlı taxta parçası ilə qaynı Zülfü Orucluya xəsarət yetirib. Zülfü Oruclu isə bıçaqla F.Qəhramanlının əl nahiyəsini kəsib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.