Goranboy sakinini ilan sancıb.
Apa.аz xəbər verir ki, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. Kənd sakini 1950-ci il təvəllüdlü Z.Məhyəddinovanı həyətdə işləyərkən ilan sancıb.
O, xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
Xatırladaq ki, son sutka ərzində Samuxda da 27 yaşlı gənci ilan sancıb.