top
Goranboy rayonunda dəhşətli hadisə baş verib
29 oktyabr 2025, 15:37
- ↺ +

Goranboy rayonunda dəhşətli hadisə baş verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1998-ci il təvəllüdlü Vidadi qeyri-rəsmi münasibətdə olduğu Nəzakətə bıçaqla xəsarət yetirib.

Demokrat.аz xəbər verir ki, hadisə ötən ilin sentyabrın 28-də baş verib.

Gədəbəy rayon sakini Vidadi həmin gün müvəqqəti yaşadığı evdə Nəzakətlə aralarında borc pul üstündə yaranan mübahisə zamanı yetkinlik yaşına çatmayan uşaqların gözü qarşısında qadına bıçaqla bir neçə zərbə vurub.

Hadisədən sonra Vidadi qaçaraq hadisə yerini tərk edib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verdiyini iddia edib. O deyib ki, əsəbiləşdiyi üçün özünü itirib və Nəzakətə qəsdən zərər vurmaq niyyəti olmayıb.

Nəzakət isə ifadəsində bildirib ki, Vidadi ilə münasibətdə olub, lakin aralarındakı mübahisələr səbəbindən ondan uzaqlaşıb. O, hadisə günü Vidadinin ondan borc pul istədiyini, lakin pulu uşaqlar üçün saxlayaraq ona vermədiyini söyləyib.

Zərərçəkmiş qeyd edib ki, Vidadiyə ondan ayrılacağını, hər şeyin bitdiyini deyib: "Vidadi qapını içəridən bağlayaraq evdən bıçağı götürdü. Özünü öldürəcəyini dedi. Həmin vaxt uşaqlar evdə olub. O, əlindəki bıçaqla küçəyə çıxdı. Küçədə qonşular olub, onların arxasında gizləndim. Vidadiyə getməsini, yaxşı olmayacağını desəm də, qızımın canına and içərək mənə yaxınlaşdı. Heç nə etməyəcəyini desə də, yaxınlaşanda belindən bıçağı çıxartdığını gördüm. Həmin vaxt uşaqlar da yanımda olub. Vidadi bıçaqla sağ tərəfimdən mənə xəsarət yetirdi, sonra hadisə yerindən uzaqlaşdı".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi 7 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli müəssisədə çəkəcək.

Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər