top
Gənclər və idman naziri gəncəli çempionla görüşüb
05 avqust 2025, 12:34
- +

Gənclər və idman naziri gəncəli çempionla görüşüb

 

Avqustun 4-də gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

Gencexeber.az-ın məlumatına görə, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub. Görüşdə idmançıların məşqçiləri də iştirak ediblər. Nazir çıxış edərək, idmançılarımızın beynəlxalq arenada qazandıqları uğurları yüksək qiymətləndirib. O bildirib ki, təkcə iyul ayı ərzində Azərbaycanın Dövlət Himni 14 ölkədə səsləndirilib. Bu müddət ərzində təmsilçilərimiz ümumilikdə 55 qızıl, 42 gümüş və 66 bürünc medal qazanıblar.

Nazir Fərid Qayıbov bütün idmançıları və onların məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb. Görüş zamanı ay ərzində əldə olunan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Gəncə şəhərini Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası (ADFA) Qərb Filialının Regional sədri, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi İlqar Alıyev, Azərbaycan Uşu Federasiyasının qərb bölgəsi üzrə sədr müavini, Beynəlxalq dərəcəli hakim Fəxri Namazlı və uşu idmançısı Hümbət Mustafayev təmsil ediblər. H.Mustafayev 10–14 iyul tarixlərində Türkiyədə keçirilən uşu üzrə Balkan çempionatında birinci yeri tutaraq çempion olub.

Görüş çərçivəsində idmançılar və onların məşqçiləri qatıldıqları yarışlar və əldə etdikləri nəticələrlə bağlı çıxış ediblər. Uşu təmsilçiləri də söz alaraq uğurlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:01

Gəncədə çoxmənzilli binaların həyətləri təmir edilir

Bütün xəbərlər
Bu gün, 09:04

Kütləvi zəhərlənmə: Beş nəfər xəstəxanaya yerləşdirilib

Bütün xəbərlər
Dünən, 18:19

Gəncənin əsas yollarını su basır

Bütün xəbərlər
Dünən, 17:10

Keçmiş deputatımızın 50 min manatı ələ keçirildi

Bütün xəbərlər
Dünən, 16:36

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bizim fəxrimiz
Dünən, 16:00

Gəncə döyüşçülərindən möhtəşəm uğur

Bütün xəbərlər
Dünən, 15:32

Azərbaycanda ən çox bahalaşan məhsullar məlum oldu

Bütün xəbərlər
Dünən, 14:04

Gəncəli rezidentura imtahanında ölkə BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 13:33

Gəncəli şəhidin doğum günüdür

Bizim fəxrimiz
Dünən, 13:29

Gəncəli şahmatçı Çində "The Belt and Road" turnirinin qalibi olub

Bütün xəbərlər
Dünən, 12:47

Gəncədə marketdə azyaşlı uşağın 100 manatı oğurlanıb - İDDİA

Bütün xəbərlər
Dünən, 11:42

Mənzil bazarında qiymətlər bahalaşıb

Bütün xəbərlər
Dünən, 11:07

Xalq artisti Şahmar Ələkbərovun anım günüdür

Bütün xəbərlər
Dünən, 10:09

Gəncədəki universitetlər II qrup üzrə təhsil haqlarını artırmayıb

Bütün xəbərlər
Dünən, 09:26

Gəncədə yeni avtobusları sıradan çıxardan küçələr

Bütün xəbərlər
Dünən, 09:16

Azərbaycan həbsxanalarında ölüm statistikası

Bütün xəbərlər
11 avqust 2026, 18:00

"Gəncə" basketbol klubu Fikrət Ələkbərovu transfer edib

Bütün xəbərlər
11 avqust 2026, 16:44

Gəncə unu neçəyə satılır?

Bütün xəbərlər
11 avqust 2026, 16:10

Sürət nişanına qanunsuz müdaxilə edilib

Bütün xəbərlər
11 avqust 2026, 15:49

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
11 avqust 2026, 15:27

Gəncədə bu körpünün vəziyyəti sakinləri narahat edir

Bütün xəbərlər
11 avqust 2026, 15:16

"Kəpəz" heyətini Olabiran Blessinq Muyiva ilə gücləndirib

Bütün xəbərlər
11 avqust 2026, 14:54

Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu

Bütün xəbərlər
11 avqust 2026, 14:38

7-8 kiloluq quzuları niyə kəsirlər?

Oxşar xəbərlər