Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, təltif olunanlar sırasında Gəncə şəhərinin tanınmış media nümayəndələri də yer alıblar.
Uzun illər mətbuat sahəsində fəaliyyət göstərən Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. “Kəpəz” Müstəqil Teleradio Şirkətinin baş direktorunun birinci müavini Nofəl Elbrus oğlu Dərgahov isə “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi qeyd olunur.