top
Gəncənin 33 nömrəli marşrutu qeyri-səmərəli imiş
22 oktyabr 2025, 16:18
- ↺ +

Gəncənin 33 nömrəli marşrutu qeyri-səmərəli imiş

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə sakinləri 33 nömrəli avtobus marşrutunun uzun müddətdir fəaliyyət göstərməməsindən narazılıq edirlər.

Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, həmin marşrut əvvəllər şəhər daxilində ən çox istifadə olunan xətlərdən biri olub. Onlar bildirirlər ki, bu avtobusla hər gün işə, uşaqlar isə məktəbə üz tuturdular. Lakin artıq bir müddətdir 33 nömrəli marşrut xətti fəaliyyətini dayandırıb və bu, gəncəlilər üçün ciddi çətinlik yaradır.

Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər, lakin problem həll olunmayıb. Onların fikrincə, marşrutun bərpası həm əhalinin rahatlığı, həm də şəhərdaxili nəqliyyatın yüklənməməsi baxımından vacibdir.

Redaksiyamız tərəfindən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, Gəncə şəhəri üzrə marşrut xətlərində aparılan optimallaşdırma işlərindən əvvəl Gəncədə 33 nömrəli şəhərdaxili marşrut xətti fəaliyyət göstərib. Marşrut başlanğıc məntəqəsi İmamzadə türbəsi olmaqla Natəvan qəsəbəsini "Grand Bazar" və Gəncənin mərkəzi ilə əlaqələndirib. Təhlillər nəticəsində 33 nömrəli marşrut xəttinin qeyri-səmərəli olması müəyyən edilərək ləğv olunub, 4 nömrəli şəhərdaxili marşrut xətti isə yenidən təşkil edilib. 

"Beləliklə, başlanğıc məntəqəsi İmamzadə türbəsi olan 4 nömrəli marşrut Natəvan qəsəbəsini Dəmiryol vağzalı, Gəncə şəhər mərkəzi və Gülüstan qəsəbəsi ilə ələqaləndirir. "Grand Bazar" və 1 nömrəli Şəhər Xəstəxanası istiqamətində səfər etmək istəyənlər isə "Sovxoz dairəsi" adlanan ərazidə yerdəyişmə edərək 10 nömrəli şəhərdaxili marşrut xəttindən istifadə edə bilərlər" – AYNA-dan bildirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər