top
Gəncəli tələbənin həbsinə görə Türkiyədə etiraz aksiya keçirilib
Foto
07 noyabr 2025, 09:33
- ↺ +

Gəncəli tələbənin həbsinə görə Türkiyədə etiraz aksiya keçirilib

Eskişehir Osmanqazi Universitetinin İqtisadi və İdarəetmə Fakültəsinin İqtisadiyyat ixtisasında təhsil alan gəncəli tələbə Amin Əliyev təhsil haqqını ödədiyi dövrdə internet üzərindən bir saytda dollar dəyişdirdiyi üçün həbs edilərək Antalyanın Döşəməaltı "L" Tipi həbsxanada saxlanılır.

Gencexeber.az-a Amin Əliyevin yaxınları tərəfindən verilən məlumata görə, gəncin heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Bildirilib ki, Aminə valideynləri tərəfindən Azərbaycandan bank kartına manatla pul göndərilib. O da təhsil haqqını ödəmək üçün internet üzərindən pul dəyişdirib.

Əlavə edilib ki, Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u Amin da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfər saxlanılıb. Lakin atası Pakizə xanımı tapıb ona vəziyyəti başa saldıqdan sonra qadın şikayətini geri çəkib. Buna baxmayaraq Amin hələ də buraxılmayıb.

Sözügedən məsələ ilə bağlı Eskişehir Osmanqazi Universitetinin qarşısında gəncəli tələbəyə dəstək aksiyası keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Qolu başqanı Əlirza Əlirzayev çıxışında bildirib ki, azərbaycanlı tələbə Amin Əliyev təhsil haqqını ödədiyi zaman internet üzərindən bir saytda dollar dəyişdirdiyi üçün dələduz dəstənin qurduğu fırıldağın qurbanı olub. Onun sözlərinə görə, məhkəmə orqanlarının verdiyi səhv qərarlar ucbatından tələbənin təhsil hüququ pozulub. 

Əlirza Əlirzayev Amin Əliyevə dəstək üçün Türkiyənin müvafiq qurumlarına müraciət də edib: "Bu ədalətsizliyin tez bir zamanda aradan qaldırılmasını və lazım gələrsə, Amin Əliyevin məhkəmə yekunlaşana qədər ölkədən çıxışına qadağa qoyulmasını tələb edirik. Unutmayaq ki, məhkəmə orqanları tərəfindən günahı sübuta yetirilənə qədər hər kəs günahsızdır. Biz tələbə olan Amin Əliyevə cinayətkar kimi yanaşılmasına və onun həbsinə etiraz edirik".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncəlilər avtobuslarda məsafəyə görə ödəniş edəcəklər

Bütün xəbərlər
Bu gün, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
Bu gün, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Bu gün, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Bu gün, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Bu gün, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Bu gün, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Bu gün, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Bu gün, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Bu gün, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Bu gün, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Bu gün, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Bu gün, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Bu gün, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Bu gün, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Bu gün, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
Dünən, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
Dünən, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
Dünən, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Dünən, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Oxşar xəbərlər