Xəbər verdiyimiz kimi, Gəncə şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə bəzi avtobuslar yenilənib, xətlərə müasir tələblərə cavab verən nəqliyyat vasitələri buraxılıb.
Qafqazinfo.аz xəbər verir ki, Gəncədə marşrutların yenilənməsi bu şəhərdə fəaliyyət göstərən 400-ə qədər köhnə avtobusun şəhərdən çıxması ilə nəticələnib.
Həmin avtobusların əksəriyyəti isə paytaxta gələrək qeyri-qanuni sərnişindaşımalara cəlb edilib.