Bu gün Kəlbəcər rayonuna daha 7 ailənin köçü həyata keçiriləcək.
Gencexeber.az-ın məlumatına görə, köçən ailələr işğal dövründə Gəncə şəhərində məskunlaşmış kəlbəcərlilərdir. Onlar uzun illərdən sonra doğma yurdlarına qovuşacaqlar.
Qeyd edək ki, artıq Kəlbəcər rayonuna mərhələli şəkildə ilkin köç prosesi başlayıb. İl ərzində ata-baba torpaqlarına qayıdacaq kəlbəcərlilərin sayı daha da artacaq.